Azərbaycan gömrükçüləri “Qarpız” yükündən narkotik vasitə aşkar edib

Baş səhifə
Azərbaycan gömrükçüləri Qarpız yükündən narkotik vasitə aşkar edib

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “qarpız” yükü aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirib.

“Report” Komitəyə istinadən xəbər verir ki, kinoloji xidmət iti qarpız olan yeşiklərə reaksiya verdiyindən yük əsaslı yoxlamaya cəlb edilib.

Bu zaman qutulardakı 12 ədəd qarpızın içərisində gizlədilmiş, xalis təmiz çəkisi 27 kiloqram 845 qram narkotik vasitə-həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.