
Bakı. Trend:
Gömrük rüsumlarından azad edilən malların siyahısı
genişləndirilib.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda
öz əksini tapıb.
Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum), Baş Prokurorluğun verdiyi təsdiqedici sənəd əsasında
müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan
bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat
hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın
idxalı da gömrük rüsumlarından azad edilib.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.


