
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Sumqayıt şəhəri, Azərbaycan prospektində yanğın baş verməsi barədə
məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər
Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində metal və digər
istehsalat tullantılarının qəbulu sahəsində baş vermiş yanğın
genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan
verilmədən qısa müddətdə söndürülüb.
Ətraf ərazilər yanğından mühafizə olunub.


