Bakı. Trend:
İsveçin paytaxtı Stokholmun cənubundakı Lilyeholmen rayonunda
ictimai avtobusun binaya çırpılması nəticəsində 13 nəfər xəsarət
alıb.
Trend-in məlumatına görə, bu barədə “SVT” telelviziya kanalı
xəbər verib.
Məlumata əsasən, qəza zamanı avtobusda 17 sərnişin olub. Bir
neçə nəfər xəstəxanaya aparılıb, onlardan biri ağır yaralanıb və
təcili yardım təyyarəsi ilə ora aparılıb. Avtobus sürücüsü də
xəsarət alıb.
Hadisə yerində yolları buz bağlamışdı. Orada bir neçə polis
bölməsi və xilasetmə xidmətləri fəliyyət göstərir.

