Bakı. Trend:
Fransanın Lion şəhəri və Ayn departamentinin jandarmeriyası
İsveçrədə silah və lüks avtomobil oğurluğu ilə məşğul olan
cinayətkar qrupun üzvlərini həbs edib.
Trend xəbər verir
ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Məlumata görə, Lyon və Ayn jandarmeriyası İsveçrə hakimiyyəti və
Avropol ilə əməkdaşlıq edərək 9 dekabrda Fransanın cənubundakı
müxtəlif departamentlərdə son iki ildə Alp dağlarında törədilmiş 37
lüks avtomobil və 12 silah mağazasından oğurluq hadisəsinə görə
səkkiz nəfəri həbs edib.
Fransa və İsveçrə hüquq-mühafizə orqanlarının məlumatına görə,
internetdə xırda oğruları cəlb edən qrupun iki lideri də həbs
olunub.
İstintaq 2024-cü ilin iyun ayında başlanıb. İsveçrə hakimiyyəti
Fransa müstəntiqlərinə bir neçə cinayətkar qrup haqqında məlumat
verib ki, bu da onların həbsinə səbəb olub.

