İsraildə xristian monastrından 1400 illik qızıl sikkələr aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

İsraildə Qüds yaxınlığında yerləşən xristian monastrından 1400
ilə yaxın tarixi olan qızıl sikkələr aşkarlanıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin
Ərazilərdə Hökumət İşləri üzrə Əlaqələndiricisinin (COGAT) ofisi
məlumat yayıb.

Məlumata görə, eramızın IV – VII-ci əsrlərinə, Bizans dövrüna
aid 2 qızıl sikkə və üzük İuda səhrasında, Qüsdən təxminən 17
kilometr cənub-şərqdə, indiki İordan çayının qərb sahilində
yerləşən Hirkania arxeoloji ərazisində tapılıb.




Sikkələrin bir üzündə xaç təsviri, digər üzündə isə 610–641-ci
illərdə hökmranlıq etmiş Bizans imperatoru Herakliyin portreti yer
alır.

Tapıntı barədə məlumat dünən, Milad ərəfəsində açıqlanıb, lakin
artefaktların ilk dəfə nə vaxt aşkar edildiyi bildirilməyib.