Böyük Britaniyadan Azərbaycana pul köçürmələri artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Böyük Britaniya
və Şimali İrlandiya Birləşmiş Krallığına fiziki şəxslərin pul
köçürmələrinin həcmi 20,474 milyon ABŞ dolları təşkil edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici
2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 milyon ABŞ dolları və ya
7% azdır.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul
köçürmələrində sözügedən ölkənin payı 5,7% təşkil edib.

Həmçinin cari ilin ilk 9 ayında Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığından Azərbaycana fiziki şəxslərin pul
köçürmələrinin həcmi 30,647 milyon ABŞ dolları olub ki, bu da
2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 5,1 milyon
ABŞ dolları və ya 20,1% artım deməkdir.




Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının payı
3,6%-ə bərabər olub.

2024-cü ilin ilk 9 ayında Azərbaycandan Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığına fiziki şəxslərin pul
köçürmələrinin həcmi 22,020 milyon ABŞ dolları, əks istiqamətdə isə
25,520 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici
ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin
həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin
eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları
və ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana
fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ
dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr
aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya
0,2% çoxdur.