İrəvan Qala Şəhərinin etnoqrafik xəritəsinin təqdimatı keçirilir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin qrantına əsasən, Bakı İncəsənət Mərkəzi
Eksperimental Yaradıcılıq İctimai Birliyi tərəfindən İrəvan Qala
Şəhərinin etnoqrafik xəritəsi və eyniadlı sayt hazırlanıb.

Trend xəbər
verir ki, hazırda Milli Azərbaycan Tarixi Muzeyində hər iki
layihənin təqdimatı keçirilir.

Bu layihə çərçivəsində İrəvan qala-şəhərinin çoxəsrlik etnik
mənzərəsini əks etdirən vizual materiallar, eləcə də qala daxilində
mövcud olmuş dini və ictimai obyektlər haqqında məlumatlar
toplanıb.

İlk dəfə hazırlanmış bu xəritə elmi-etnoqrafik yanaşma əsasında,
vizual və yazılı arxiv mənbələrinin qarşılaşdırılması yolu ilə
tərtib edilib.

Xəbər yenilənəcək