Bakı. Trend:
İsveçrə parlamenti ölkənin iqtisadiyyat naziri Qi Parmeleni
2026-cı il üçün prezident seçib.
Trend xəbər verir
ki, məlumatı “Bloomberg” agentliyi yayıb.
Parmele bu vəzifədə maliyyə naziri Karin Keller-Satteri əvəz
edəcək.
Fransızdilli bölgədən olan Parmele Federal Şuranın ən
uzunmüddətli üzvü sayılır. O, 2021-ci ildə də ölkə prezidentinin
səlahiyyətlərini icra edib. Sağçı İsveçrə Xalq Partiyasının üzvü
olan Parmele ixtisasca üzümçüdür.
Qeyd edək ki, İsveçrədə prezident postu hər il Federal Şuranın
yeddi üzvü arasında növbəlilik prinsipi ilə dəyişir və daha çox
simvolik xarakter daşıyır.

