Məhkumun anası cəzaçəkmə müəssisəsinə telefon keçirməyə cəhd etdi

Baş səhifə

Bakı.Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının
əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə
müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Trend xəbər
verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məhkumla qısamüddətli görüşə gəlmiş anasının
üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl
çantasının gizli saxlanc yerində gizlədilmiş, daxilində danışıq
kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar
olunub.




Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında
saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya
ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha
vətəndaşların diqqətinə çatdırılır.