Bakı. Trend:
Almaniya Bundesliqasında növbəti baş məşqçi istefası
gerçəkləşib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Auqsburq” Sandro Vaqnerlə
yollarını ayırıb.
38 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında
xitam verilib.
Qeyd edək ki, Sandro Vaqner mövsümün əvvəlində “Auqsburq”un baş
məşqçisi postuna təyin olunmuşdu. Komanda Bundesliqada 12 turdan
sonra 10 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində
qərarlaşıb.

