Misli Premyer Liqasında daha iki oyun keçirilib

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasının XIII turunda növbəti oyunlar
keçirilib.

Trend-in
məlumatına görə, ilk olaraq meydana “İmişli” və “Sabah” komandaları
çıxıb.

Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil edilən görüş
Bakı klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.




Günün ikinci matçında isə “Qarabağ” komandası “Karvan-Yevlax”ı
qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı üstünlüyü
ilə başa çatıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” komandası
“Kəpəz”i 2:0 hesabı ilə üstələyib. “Turan-Tovuz” – “Neftçi”
görüşündə isə qalib müəyyənləşməyib. Tura noyabrın 30-da yekun
vurulacaq.