Azərbaycanda inşaat və tikinti sektoruna kredit qoyuluşları aylıq ifadədə artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş
kreditlərin həcmi 1,832 milyard manata çatıb.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 12,3 milyon manat
və ya 0,7% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 81,4 milyon
manat və ya 4,2% azdır.




Qeyd edək ki, ümumilikdə, bu ilin noyabrın 1-nə Azərbaycanda
real sektora kredit qoyuluşu üzrə kredit portfeli 31,714 milyard
manat təşkil edib.

Bu da aylıq müqayisədə 144,3 milyon manat və ya 0,5%, 2024-cü
ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3,4 milyard manat
və ya 12,1% artım deməkdir.