PSJ klubunun heyətində ciddi itki baş verib

Baş səhifə

Bakı. Trend:

Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib.

Trend xəbər verir ki, Liqa 1
nəhənginin aaparıcı üzvlərindən olan Nunu Mendeş sıradan çıxıb.




Portuqaliyalı sol cinah müdafiəçisi UEFA Çempionlar Liqası Liqa
mərhələsinin “Tottenhem”lə matçında (5:3) sağ budundan zədə alıb.
23 yaşlı futbolçu sabah ölkə çempionatının “Monako” ilə matçında
komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, PSJ Nunu Mendeşi 2021-ci ilin yayında Lissabon “Sportinq”indən transfer edib. Portuqaliya millisinin üzvü bu
mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi
matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.