2000 illik ülgüc hərraca çıxarılacaq

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyada təxminən 2000 illik tarixi olan nadir Roma
ülgücü hərraca çıxarılacaq.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, eksponat təxminən doqquz santimetr uzunluğunda,
barmaq üçün dəliyi olan dəmir ülgücdən ibarətdir. Onu kəmərə
keçirmək rahat olduğundan qədim Romalı bərbərlər tərəfindən geniş
istifadə olunurdu.




Qədim predmeti “çəkic altına” çıxaracaq “Hansons” hərrac evinin
məlumatına görə, bu ülgüc Qədim Romada şəxsi qulluq mədəniyyətini
əks etdirir. Həmin dönəmlərdə zəngin romalılar üçün tam qırxılmış
üz zərifliyin və şəhər davranış qaydalarına riayət etməyin
göstəricisi sayılırdı.

Bəzi məşhur romalılar saqqallı təsvir edilsələr də, erkən dövrə
aid heykəllərin və büstlərin əksəriyyəti onları tam qırxılmış halda
göstərir.