Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları bəlli olub.
Bu barədə “Report”a Milli Olimpiya Komitəsindən məlumat verilib.
Bağlanış mərasimində Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma üzrə yığmanın üzvü Səbinə Kərimova daşıyacaq.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

