
Bakı. Trend:
Xocəvənd rayonunun Hadrut qəsəbəsi üzrə yaşıllıq və abadlaşdırma
işləri aparılacaq.
Trend-in
məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,
Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işlərə
start verib.
Belə ki, qurum hazırda qəsəbədə abadlıq işlərini görəcək şirkəti
müəyyənləşdirməkdədir.
Eyni zamanda dövlət xidməti Hadrut qəsəbəsində görüləcək işlərin
2,658 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Xocavənd rayonunun Hadrut qəsəbəsi 2020-ci il oktyabrın 9-da
Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Digər azad
edilmiş ərazilərdə olduğu kimi Hadrutda da tikinti işləri sürətlə
davam etdirilir, genişmiqyaslı abadlıq-quruculuq layihələri icra
olunur. Qəsəbədə ümumilikdə 541 ev var ki, onlardan da 462-si
yararsız, 79-u isə qismən yararlıdır. Bu evlərdən 10-u artıq
istismara hazırdır. Qismən yararlı evlərin hamısı ilin sonunadək
bərpa ediləcəyi bildirilir. Hazırda 10 ailə, ümumilikdə 41 nəfər öz
Hadrutda yaşayır.

