Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Baş səhifə

Bakı. Trend:

Rusiyaya qarşı bir neçə yeni sanksiyaların tətbiqi ilə bağlı
qərar verilib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Ukraynanın prezidenti Volodimir
Zelenski öz “Telegram” kanalında bildirib.

O, Rusiya əleyhinə bir neçə yeni sanksiya qərarını imzaladığını
bildirib.




“Bir neçə yeni sanksiya qərarını imzaladım. Tərəfdaş ölkələrin
sanksiyalarının Ukrayna yurisdiksiyası çərçivəsində
sinxronlaşdırılmasını davam etdiririk və bu gündən etibarən
Rusiyaya qarşı bu müharibəyə görə Avropa İttifaqının 19-cu sanksiya
paketi Ukraynada qüvvəyə minir.

Həmçinin Avropa İttifaqının sanksiyalarının Aİ-yə daxil olmayan
digər Avropa ölkələrinin yurisdiksiyalarında da tətbiq edilməsi
üzərində işləyirik. Bu, güclü bir paketdir”, – deyə Zelenski
bildirib.

Onun sözlərinə görə, Kiyev həmçinin Arktika bölgəsində fəaliyyət
göstərən Rusiya subyektlərinə qarşı da məhdudiyyətlər tətbiq edib.
Dövlət başçısı əlavə edib ki, o, Təhlükəsizlik və Müdafiə Şurasına
Rusiya təbliğatı və hərbi istehsal sahəsində fəaliyyət göstərən
subyektlərə, eləcə də kollaborantlara qarşı yeni qərarların
hazırlanması barədə tapşırıq verib.