Buffon “Yuventus” üçün ən yaxşı namizədin adın açıqlayıb

Baş səhifə

Bakı.Trend:

“Yuventus”un keçmiş qapıçısı Canluici Buffon Luçano Spallettinin
Turin klubuna baş məşqçi təyin ola biləcəyi ilə bağlı xəbərlərə
münasibət bildirib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Buffon Turin klubunun baş məşqçi
postundan ayrılan İqor Tudor haqqında danışıb:




“Spaletti üçün bu, tamamilə düzgün peşəkar seçim olardı. O,
futbol adamıdır, meydan adamıdır, görkəmli şəxsiyyətdir və əla
məşqçidir. Spalletti təcrübə, xarizma və nüfuz baxımından mümkün
olan ən yaxşı namizəddir. Özü də, iddialı klubların ehtiyac duyduğu
insandır. Onu indi ehtiyat oyunçular skamyasında görməməyimə
təəssüf edirəm. Lakin ən böyük peşmançılığım Tudorla bağlıdır. O,
gözəl dost idi”.