Bakı. Trend:
İtaliyanın “Yuventus” klubu İtaliya millisinin sabiq baş
məşqçisi Luçano Spaletti ilə danışıqlar aparır.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi İqor
Tüdorun istefaya göndərilməsindən sonra 66 yaşlı mütəxəssisi
komandanın sükanı arxasına əsas namizəd kimi nəzərdən keçirir.
Təcrübəli baş məşqçinin özü də “qoca sinyora”nı çalışdırmağa
hazırdır və artıq təklifə müsbət cavab verib.
Qeyd edək ki, Luçano Spalettinin son iş yeri İtaliya milli
komandası olub. Mütəxəssis bu ilin iyun ayında yığmadakı
vəzifəsindən ayrılıb.

