Bakı. Trend:
Daniel Karvahal dizindən zədələnib.
Trend xəbər verir ki, “Real”
müdafiəçisinin sağ ayağının diz oynağında problem olduğunu
açıqlayıb. İspan futbolçuya artroskopiya əməliyyatı olunacaq.
“El Partidazo de COPE”nin məlumatına görə, 33 yaşlı oyunçu 2–3
ay meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, yaxın vaxtlarda Karvahal baldır əzələsi (kamdalov
əzələsi) zədəsindən yeni sağalmışdı.

