Azərbaycan Çin şirkəti ilə dənizdə və quruda “yaşıl enerji”nin istehsalı və ixracını müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Çin şirkəti ilə “yaşıl enerji” sahəsi üzrə
əməkdaşlığın mövcud vəziyyətini və növbəti addımları müzakirə
edib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.




“China Energy Engineering Corporation Limited” şirkətinin
vitse-prezidenti Lu Xu ilə enerji sahəsində hərtərəfli strateji
tərəfdaşlığımız çərçivəsində prioritet layihələrin icrasına dair
səmərəli görüş keçirdik.

Dənizdə və quruda külək və günəş enerjisinin istehsalı və
ixracı, ötürücü şəbəkələrin inkişafı, “Yaşıl Enerji|nin İnkişafı
üzrə Birgə Tədqiqat Mərkəzi”nin yaradılması, eləcə də ümumi gücü
760 MVt olan günəş elektrik stansiyalarının avadanlıqlarla
təchizatı istiqamətində əməkdaşlığın mövcud vəziyyətini və növbəti
addımları müzakirə etdik”, – paylaşımda qeyd edilib.