“Mançester Siti”nin “Mançester Siti”nin klubdan ayrıla bilər

Baş səhifə

Bakı. Trend:

“Mançester Siti”nin 31 yaşlı yarımmüdafiəçisi Mateo Kovaçiç
2027-ci ilin yayında başa çatacaq müqaviləsinin uzadılması barədə
klubla danışıqlar aparmır.

Trend xəbər
verir ki, “şəhərlilər”in xorvatiyalı futbolçunun transferi ilə
bağlı gələcək təkliflərə açıq olacağı gündəmdədir.




Mateo Kovaçiçə maraq göstərən klublar sırasında “Aston Villa” və “Vest Hem” kimi Premyer Liqanın iki təmsilçisi yer alır. Lakin bu
komandaların rəqibi qismində İtaliyanın nəhəng klubu “Milan” da
çıxış edə bilər.

Qeyd edək ki, Mateo Kovaçiç 2023-cü ilin yayından “Mançester
Siti”nin formasını geyinir. Bu müddət ərzində o, bütün turnirlərdə
ümumilikdə 90 oyunda iştirak edib, 10 qol vurub və 4 məhsuldar
ötürmə edib.