Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Donald
Trampla görüşü iki saat yarımdan sonra gözlənilmədən başa
çatıb.
Trend-in
məlumatına görə, bu barədə “Axios” portalı mənbələrə istinadən
xəbər verib.
“Düşnürəm ki, işimiz bitdi. Gəlin görək gələn həftə nə olacaq”,
– deyə ABŞ prezidenti Zelenskiyə danışıqların sonunda bildirib.
Qeyd edilib ki, Tramp bununla da Zelenskiyə Vladimir Putinlə
Budapeştdə gözlənilən görüşünü xatırladıb.

