
Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Almaniya Parlament Cəmiyyətində hökumətin,
Bundestaqın, beyin mərkəzlərinin, aparıcı KİV-lərin nümayəndələri
ilə görüş keçirib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin
köməkçisi “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün Almaniya Parlament Cəmiyyətində hökumətin, Bundestaqın,
beyin mərkəzlərinin, aparıcı KİV-lərin nüfuzlu nümayəndələri ilə
müzakirələr keçirilib. Biz dəyişən regional və qlobal dinamika
şəraitində Azərbaycanın sülhün, sabitliyin və əlaqələrin
möhkəmləndirilməsində əsas rolunu müzakirə etdik”, – paylaşımda
bildirilib.

