Ramil Həsən: Ümid edirəm ki, bundan sonra da bütün türk iş qurumları ilə birlikdə bərabər böyüyəcəyik

Baş səhifə
Ramil Həsən: Ümid edirəm ki, bundan sonra da bütün türk iş qurumları ilə birlikdə bərabər böyüyəcəyik

Ramil Həsən

TÜRK PA-ya yenidən Baş katib vəzifəsinə təyin olunan Ramil Həsən bunun təşkilatın inkişafı üçün önəmli hadisə olduğunu deyib.

“Report”un məlumatına görə, R.Həsən səlahiyyətlərin təhvil verilməsi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı qeyd edib ki, ötən dörd ildə yaddaqalan fəaliyyətlə məşğul olublar.

Onun sözlərinə görə, Türk dünyasındakı əməkdaşlıq hər gün daha da inkişaf edir:

“Bu inkişafda dövlət başçılarının güclü iradəsinin payı çoxdur. Ümid edirəm ki, bundan sonra da bütün türk iş qurumları ilə birlikdə bərabər böyüyəcəyik. 2021-ci ildə qəbul edilən “2040-a Baxış” sənədində əks olunan hədəflərə çatacağımıza inanıram. Fəaliyyətimizin icrasında bizə dəstək olan iş yoldaşlarıma təşəkkür edirəm”,-o əlavə edib.