
Bakı. Trend:
Həmkarlar ittifaqları və onlayn təhlükəsizlik üzrə təşkilatlar
Böyük Britaniyada “TikTok” şirkətinin yüzlərlə işçini ixtisar etmək
planlarını tənqid edərək parlament üzvlərini bu məsələyə təcili
baxmağa çağırıblar.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu ixtisarlar şirkətin ölkədəki etimad və
təhlükəsizlik (trust & safety) komandasını ciddi şəkildə
azaldacaq.
Məlumata görə, bu da istifadəçiləri dərin saxtakarlıqlar və
onlayn zorakılıq kimi zərərli məzmunlara qarşı daha həssas
vəziyyətə sala bilər.
Qeyd edək ki, bu çağırış avqust ayında “TikTok”un ana şirkəti
olan Çində yerləşən “ByteDance”in London ofisində çalışan 400
nəfərin ixtisar ediləcəyini və onların vəzifələrinin Avropadakı
digər ofislərə və ya üçüncü tərəf şirkətlərə ötürüləcəyini elan
etməsindən sonra edilib.


