U-19 milli Özbəkistana uduzdu

Baş səhifə

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, U-19 növbəti dəfə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 16-cı dəqiqədə Şahismayıl Cəfərov vurub.

Qeyd edək ki, komandalar arasında oktyabrın 9-da keçirilən ilk matçda 0:0 hesablı heç-heçə qeydə alınıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.