Bəhram Rəcəbzadə karyerasını başa vurdu

Baş səhifə

Bakı. Trend:

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə “Glory” döyüş gecəsi
çərçivəsində növbəti qarşılaşmasına çıxıb.

Trend xəbər verir
ki, təmsilçimiz mərakeşli Tarik Xbabezlə üz-üzə gəlib.

Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb və Xbabez
yüngül ağır çəki dərəcəsində yeni çempion titulunu qazanıb.




Mətçdən sonra Bəhram Rəcəbzadə peşəkar karyerasını başa
vurduğunu açıqlayıb.

Qeyd edək ki, Rəcəbzadə indiyədək 72 qələbə, 5 məğlubiyyət və 64
nokautla yadda qalıb.