
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə sülhün əldə olunmasının
yaxın olduğunu bildirib.
Trend xəbər verir
ki, Tramp deyib ki, danışıqları aparan çox yaxşı bir komanda
fəaliyyət göstərir.
“Mümkündür ki, həftənin sonunda, bəlkə də bazar günü Yaxın Şərqə
səfər edim. Danışıqların çox yaxşı getməsi üçün əlverişli şans
yaranıb”, – o qeyd edib.
Prezident əlavə edib ki, danışıqlara çox sayda dünya ölkəsi
qoşulub və əvvəllər belə genişmiqyaslı iştirak müşahidə
edilməyib.


