Paris Fransanın yeni baş nazirini 48 saat ərzində təyin edəcək

Baş səhifə

Fransa prezidenti Emmanuel Makron 48 saat ərzində yeni baş naziri təyin edəcək.

APA xəbər verir ki, bu haqda “Le Monde” qəzeti Yelisey sarayına istinadən məlumat yayıb.

Qeyd edək ki, istefa verən baş nazir Sebastien Lekornyu “France 2” telekanalına müsahibəsi zamanı öz varisinin iki gün ərzində təyin olunacağını gözlədiyini bildirmişdi.

Yelisey Sarayından həmçinin Makronun işinə görə Lekornyuya təşəkkür etdiyini bildiriblər.