
Bakı. Trend:
Karl Etta-Eyonq “Barselona”da oynamaq istəyir.
Trend xəbər verir ki, yay
transfer pəncərəsinin sonunda “Barselona” 21 yaşlı hücumçunu almağı
nəzərdən keçirmişdi, lakin bunun üçün lazımi maliyyə vəsaitini tapa
bilməmişdi. Nəticədə kamerunlu forvard “Vilyarreal”dan “Levante”yə
keçdi və onun transfer məbləği 10 milyon avrodan 30 milyon avroya
yüksəlib.
Etta-Eyonqa bir çox Avropa klubları maraq göstərir, lakin
futbolçunun özü üstünlüyü “Barselona”ya verir. Kataloniya klubu
onun çıxışını izləməyə davam edir. Qeyd olunur ki, ingilis klubları
lazım olan 30 milyon avronu ödəməyə hazırdır, buna görə də
“Levante” endirim etməyi planlaşdırmır.
Karl bu mövsüm La Liqada 5 oyunda 4 qol vurub və 1 məhsuldar
ötürmə edib.


