
Bakı. Trend:
Bu ilin sentyabrın 1-nə Azərbaycanda sürətli pul köçürmə
sistemləri ilə banklara 271,3 min ədəd əməliyyat üzrə 163,6 milyon
manat vəsait daxil olub.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə
edib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə aparılmış əməliyyatlar üzrə 0,7 min ədəd və ya 0,2%,
vəsait həcmi üzrə isə 19,9 milyon manat və ya 13,8% çoxdur.
Hesabat dövrü ərzində bir ödənişin məbləği 603,2 manat təşkil
edib ki, bu da 2024-cü ilin sentyabrın 1-nə olan göstəriciyə
nisbətən 72 manat və ya 13,5% çoxdur.
Eyni zamanda cari ilin senyabrın 1-nə Azərbaycanda sürətli pul
köçürmə sistemlər ilə banklardan kənara 65,1 min ədəd əməliyyat
üzrə 38,2 milyon manat vəsait köçürülüb. Bu isə 2024-cü ilin eyni
dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 26,2 min ədəd və
ya 28,7%, vəsait həcmi üzrə isə 5,3 milyon manat və ya 12,2%
azdır.
Dövr ərzində sürətli pul köçürmə sistemləri ilə banklardan
kənara köçürmələr üzrə bir ödənişin məbləği 586,5 manata bərabər
olub ki, bu da 2024-cü ilin iyulun 1-nə olan göstəriciyə nisbətən
109,8 manat və ya 23% çoxdur.

