
Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarında Los-Anceles şəhərinin meriya
binası təxliyə edilib.
Trend bu barədə
ABŞ KİV-ə istinadən xəbər verir.
Məlumata görə, kütləvi təxliyəyə səbəb binanın girişində
avtomobil qəzasından sonra yaranan gərginlik olub. Sürücü
hüquq-mühafizə orqanı əməkdaşlarının təkidlərinə baxmayaraq, iki
saata yaxın avtomobili tərk etməkdən imtina edib. Polis binadan
insanları təxliyə edib. Ətrafdakı küçələrdə nəqliyyatın hərəkəti
dayandırılıb.
Daha sonra sürücü avtomobili tərk edib və dərhal həbs olunub.
Sürücünün polis şöbəsinə aparılmasından sonra minaaxtaranlar
potensial partlayıcı qurğuların olmasına qarşı maşına baxış
keçirib.


