Fərid Şəfiyev: TDT-nin regiondakı nüfuzu artan xətlə inkişaf edir

Baş səhifə
Region

  • 29 sentyabr, 2025
  • 09:20
Fərid Şəfiyev: TDT-nin regiondakı nüfuzu artan xətlə inkişaf edir

Fərid Şəfiyev

Türk Dövlətləri Təşkilatının (TDT) regiondakı nüfuzu daim artan xətlə inkişaf edir.

“Report” xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illərdə təşkilatın nüfuzu artmaqdadır: “TDT regionda sülh və əməkdaşlığa xidmət edir. Təşkilat daxilində əməkdaşlıq və bərabərhüquqluq prinsipi özünü göstərir”.

F.Şəfiyev bildirib ki, bəzi beynəlxalq təşkilatlarda ciddi islahatlara ehtiyac var, müəyyən boşluqlar özünü göstərir. TDT bu boşluğu doldurmağa qadirdir.