Bərdədə avtomobil piyadanı vurub – FOTO

Cəmiyyət


Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

resmixeber.az xəbər verir ki, hadisə Ağdam-Bərdə yolunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.

02-BL-320 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı minik avtomobili yola keçmək istəyən piyadanı vurub.

İdarəetməni itirən sürücü qarşıdan gələn Azər adlı şəxsin idarə etdiyi, 90-BF-321 dövlət qeydiyyat nişanlı “BMW” markalı minik avtomobili ilə toqquşub.

Daha sonra sonra nəqliyyat vasitəsi yol kənarındakı marketə girib.

Hadisə nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü və piyada müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir