Altsheymer xəstəliyinin yeni genetik risk faktoru aşkar edildi

DIN


İndiana Universitetinin Tibb məktəbinin alimləri Altsheymer xəstəliyinin yeni genetik risk faktorunu aşkar ediblər. Araşdırmanın nəticələri “Immunity” jurnalında dərc olunub.

Müəlliflər araşdırmalar zamanı beynin immun hüceyrələri – mikroqliya ilə bağlı olan mühüm PLCG2 genində əhəmiyyətli mutasiya müşahidə ediblər. Mütəxəssislər müxtəlif nadir dəyişikliklərin təsirini nümayiş etdirərək genin bioloji funksiyalarını təhlil ediblər. Məlum olub ki, M28L variantı Altsheymer xəstəliyinə qarşı həssaslığı artırıb. Eyni zamanda, P522R variantı neyrodegenerativ xəstəlik riskini azaldıb.

Bu nəticələr daha sonra siçanlar üzərində aparılan təcrübələrdə təsdiqlənib. Riski azaldan genləri ehtiva edən immun hüceyrələr amiloid törəmələri azaldıb, xəstəliyi artıran genləri ehtiva edən hüceyrələr isə əksinə, onlarla mübarizə apara bilməyib və törəmələr çoxalıb.

Komanda, həmçinin, PLCG2-nin təsirlərini hərtərəfli öyrənmək üçün “Stark” Neyroelmlər Tədqiqat İnstitutu ilə əməkdaşlıq edib. Tədqiqatçılar siçanlarda əldə edilən klinikaöncəsi nəticələri Altsheymer xəstəliyi ilə bağlı real insanlara aid məlumatlarla müqayisə ediblər. Tədqiqat İnstitutu müəyyən edilmiş genetik mexanizmi təsdiqləyib. İndi alimlər ümid edirlər ki, onların kəşfi Altsheymer xəstəliyi ilə mübarizədə yeni müalicə istiqamətlərinin işlənib-hazırlanmasına imkan verəcək.

Mənbə: Lenta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir