Medvedev: “Rusiya NATO-ya müharibə elan edə bilər” – FOTO/VİDEO

Dünya


Qərbin Kiyevin Krıma zərbə endirməsinə razılığı “casus belli”dir (latınca “müharibə səbəbi”), bu da Moskvaya NATO-da hamıya və hər kəsə qarşı hərəkət etmək imkanı verir.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Onun sözlərinə görə, ukraynalılar Krıma zərbələrə razılıq aldıqlarını elan ediblər.

“Əgər belədirsə, bu, Qərbin Rusiyaya qarşı müharibədə Stepan Bandera dövlətinin tərəfində iştirakının birbaşa hüquqi əhəmiyyətli sübutudur”, – deyə o, “Telegram” kanalında yazıb.

“Təəssüf doğurur, amma apokalipsislə bağlı proqnozlar getdikcə yaxınlaşır”, – deyə o əlavə edib.

Xatırladaq ki, Medvedev bundan əvvəl NATO-nun Kiyevə hərbi yardımı artırmaq planının üçüncü dünya müharibəsinə doğru apardığını deyib. O, həmçinin Ukrayna atom elektrik stansiyalarını və Şərqi Avropadakı nüvə obyektlərini vurmaqla hədələyib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir