Hacıqabulda yol-nəqliyyat hadisəsində dörd nəfər xəsarət alıb

Cəmiyyət


Hacıqabulda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəzada Salyan rayon sakinləri, 1984-cü il təvəllüdlü Əsmər Sərdar qızı Quliyeva, 2007-ci il təvəllüdlü İbadət Elşən oğlu Quliyev, 2019-cu il təvəllüdlü Uğur Elşən oğlu Quliyev və 2008-ci il təvəllüdlü Aytəkin Saleh qızı Hacıbalıyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir