Zaqatalada kollecdə yanğın olub – FOTO

Cəmiyyət


Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yanğın baş verib.

resmixeber.az-nın məlumatına görə, yanğın kollecin ümumi sahəsi 500 kvadratmetrlik hissəsində olub.

Yanğın baş verən hissədə kollecin mətbəxti və idman zalı yerləşib.

Yanğın gecə saat 00:16-da tam söndürülüb.

Yanğın nəticəsində binanın dam örtüyünün 450 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları, idman zalına yığılmış yeni invertarın bir hissəsi qismən yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir