Rusiyada helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var – VİDEO

Dünya


Altay Respublikasında (RF) helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var.

Bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, göyərtəsində sərnişinlərin olduğu “Mi-8” helikopteri Ust-Koksa rayonunun Tyunqur kəndinə eniş zamanı elektrik naqillərinə dəyib, yerə düşüb və yanıb.

“Təyyarədə 13 nəfər olub – onlardan altısı yerindəcə ölüb, daha yeddi nəfər yaralanıb”, – deyə məlumatda vurğulanıb.

Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir