Xalq artisti Əlibaba Məmmədovun qəbirüstü abidəsi qoyulub

Mədəniyyət


Görkəmli muğam ustadı, Xalq artisti Əlibaba Məmmədovun qəbirüstü abidəsi qoyulub.

resmixeber.az xəbər verir ki, qəbirüstü abidə artıq Fəxri xiyabanda sənətkarın qəbri üzərində quraşdırılıb.

Xatırladaq ki, qəbirüstü abidənin bundan öncəki variantı xanəndənin ailəsi tərəfindən bəyənilməyərək geri qaytarılmışdı.

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 2022-ci ilin 25 fevralında vəfat edib. O, ölkə mədəniyyətinə xidmətlərinə görə, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenlərinə layiq görülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir