Ukraynalı yazıçı Rusiya ordusunun bombardmanı nəticəsində ölüb – FOTO

Dünya


Rusiya ordusunun Kramatorsku bombalaması nəticəsində ağır yaralanan ukraynalı yazıçı Viktoriya Amelina həyatını itirib.

Qeyd olunur ki, yazıçı hələ iyunun 27-də ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi.

Həmin gün yazıçı kolumbiyalı jurnalist və yazıçılardan ibarət nümayəndə heyəti ilə “Ria Lounge” restoranında nahar edib.

Restorana düşən raket nəticəsində qadın ağır yaralanıb.

Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Mənbə: Unian

www.RESMIXEBER.az