Rusiyaya məxsus döyüş təyyarələri Suriyanın İdlib bölgəsinin Cisr əş-Şuqur rayonu ərazisinə hava zərbələri endirib.
Məlumata görə, rayonun mərkəzində yerləşən meyvə-tərəvəz bazarı vurulub.
Bazarın bombalanması nəticəsində 9 mülki şəxsin öldüyü, 30 nəfərin yaralandığı bildirilir.
Hələlik Rusiya tərəfi insidentlə bağlı açıqlama verməyib.
Mənbə: Anadolu
www.RESMIXEBER.az

