Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Orexovsk istiqamətində növbəti hücuma keçib.
Bu barədə Zaporojyedəki kollaborasionist ictimai fəal Vladimir Roqov məlumat verib.
O bildirib ki, döyüşlər səhər saat dörd radələrində başlayıb və o vaxtdan bəri davam edir.
“Ukraynalı döyüşçülər “Leopard” tanklarında bu gün səhər yeni hücuma başladılar”, – deyə Roqov qeyd edib.
O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı döyüşə azı üç rota şəxsi heyət və onlarla Qərb hərbi texnikası cəlb edib.
Mənbə: MK.ru
www.RESMIXEBER.az

