Emin Əmrullayev valideynlərə çağırış edib

Cəmiyyət


“Hər bir insanın içində bir istedad var. O istedadı vaxtında üzə çıxarmaq isə əsas məsələdir”.

“resmixeber.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən İnsan Resursları və İdarəetmə Forumunda deyib.

O bildirib ki, insanı dəyişdirən onun mühitidir:

“İnsan hansı mühitdə doğulub, yaşayırsa, o mühitin təsiri altında formalaşır. Hər bir şəxs dünyaya müəyyən istedadla gəlir. Lakin mühit o istedada nə qədər şərait yaradır? Əsas sual budur. Uşaq üçün ən yaxşı inkişaf dövrü ana bətnindən 3 yaşına qədər olan dövrdür. Bu dövrdə uşaq daha çox şey öyrənir. Yaxşı xəbər ondan ibarətdir ki, bu dövrdə uşağın inkişafı üçün böyük maliyyə tələb olunmur. Hər bir valideyn uşağı ilə oynasa, ona çox yox, həftədə 5 saat kitab oxusa, bu, gələcəkdə on milyonlarla, yüz milyonlarla pul xərclənəcək layihələrdən daha effektiv olar. Bundan sonrakı əsas mərhələ isə uşağın məktəb təhsilidir”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir