İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb

Kriminal


May ayının 24-də saat 11:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayon Zevin kənd sakinləri Şirbəyov Şamo Faiq oğlu və Şirbəyli İlyas Rahib oğlu tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində hadisə yerində ümumi çəkisi 13 kiloqram narkotik vasitə (11 kq marixuana, 2 kq metamfetamin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir