Zaqatalada avtomobillərdə konstruksiya dəyişikliyi edən sürücülər aşkarlandılar – FOTO

Cəmiyyət


Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, təhlükəsizlik kəmərindən istifadə etməyən və yol-hərəkəti qaydalarını müxtəlif üsullarla pozan sürücülər aşkarlanıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, onlarla profilaktik söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Konstruksiya dəyişikliyi olunan nəqliyyat vasitələri isə sahiblərinin də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir