“Google Maps” “Gemini” süni intellektini istifadəyə verdi

Baş səhifə

Bakı. Trend:

“Google Maps” artıq gəzinti və velosiped marşrutları zamanı
“Gemini” süni intellekt köməkçisi ilə qarşılıqlı əlaqə qurmaq
imkanı təqdim edir. Bu funksiya daha əvvəl yalnız sürücülük
rejimində mövcud olan və noyabr ayında istifadəyə verilmiş danışıq
naviqasiya imkanlarını genişləndirir.

Trend xəbər verir
ki, bu barədə “MacRumors” məlumat yayıb.

Yeniliyə əsasən, istifadəçilər naviqasiya ekranından çıxmadan və
ya diqqətlərini yoldan yayındırmadan səsli sorğular verə bilərlər.
Məsələn, piyada hərəkət zamanı yaxınlıqdakı kafelər barədə məlumat
almaq, velosiped sürərkən isə əlləri sükandan çəkmədən təxmini
çatma vaxtını öyrənmək mümkündür. “Gemini” əlavə məlumatları
mərhələli şəkildə təqdim edən detallı sorğuları da dəstəkləyir.




Süni intellekt köməkçisi dayanacaqlar əlavə etmək, alternativ
marşrutları göstərmək, həmçinin səsli sorğuları deaktiv etmək kimi
naviqasiya əmrlərini qəbul edir. Bundan başqa, növbəti döngə və ya
təyinat yerindəki hava şəraiti ilə bağlı praktiki suallar da
ünvanlana bilər.

“Gemini” naviqasiya ekranının yuxarı sağ küncündə yerləşən
köməkçi nişanı vasitəsilə və ya səs əmri ilə aktivləşdirilir.