Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auldla görüşüb.
Bunu britaniyalı diplomat “Twiter”də yazıb.
“Hikmət Hacıyevlə mühüm görüşüm oldu. Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi ilə əlaqədar Britaniya hökumətinin başsağlığını çatdırdım. Biz mühüm regional təhlükəsizlik və humanitar məsələləri də müzakirə etdik”, – səfir bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
Prezidentin köməkçisi @HikmetHajiyev-lə mühüm görüşüm oldu. Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi ilə əlaqədar Britaniya hökumətinin başsağlığını çatdırdım. Biz mühüm regional təhlükəsizlik və humanitar məsələləri də müzakirə etdik. pic.twitter.com/hSViauQQ2r
— FergusAuldFCDO (@FergusAuldFCDO) January 27, 2023
www.RESMIXEBER.az